Bu yerdə dayanmağa icazə verilirmi? - YENİ SUAL

Yarışma 31 Avqust 2016 23:46 Oxunub 5270
Bu yerdə dayanmağa icazə verilirmi? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual avtomagistrallarda hərəkət qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu yerdə dayanmağa icazə verilirmi?

a) Hərəkət hissəsinin kənarını bildirən bütöv xətdən sağda olduğuna görə olar;

b) Əgər görünmə məhdud olan sahə deyilsə, olar;

c) Olmaz.

QEYD: Cavabları yalnız sualların altındakı xanada yazasınız.

Sualın sponsorları "ELİNOX" və 188 evakuasiya və yükdaşıma xidmətidir. Suala ilk və doğru cavab verib qalib gəlmiş şəxsə 188 evakuasiya və yükdaşıma xidmətindən (050 246 96 97) və digər sponsor "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqları sərgi salonundan (Tel; 055 711 00 85) hədiyyə olunacaq.

Sualın daha bir sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Suala doğru cavab verib qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanacaq (Smsradar.az – 055 288 11 27).

 

 

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

 188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vusal 1 Sentyabr 2016 14:36
C.olmazona goreki avtomagistrallarda dayanmaq olmaz.avtomagistralda yalniz xususui duracag yerlerinde durmaga icaze verilir
Gunay 1 Sentyabr 2016 11:09
b Əgər görünmə məhdud olan sahə deyilsə, olar;nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir
Gulnar 1 Sentyabr 2016 10:47
Olmaz c - avtomagistralda dayanmaq durmaq qadagandir
Xalide 1 Sentyabr 2016 07:21
A
Xalide 1 Sentyabr 2016 07:19
A
Samir 1 Sentyabr 2016 00:31
Cavab - C