Sərxoş sürücü 12 yaşlı velosipedçini vurub qaçdı - Tutuldu - FOTO -VİDEO

Qaydalar 1 Sentyabr 2016 01:25 Oxunub 1738
Sərxoş sürücü 12 yaşlı velosipedçini vurub qaçdı - Tutuldu - FOTO -VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ 2106" markalı avtomobilin sürücüsü sərxoş vəziyyətdə saxlanılıb

Lənkəran rayonunda 12 yaşlı velosipedçi naməlum avtomobil tərəfindən vurulub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ağır bədən xəsarətləri alan 2004-cü il təvəllüdlü Axundzadə Əbdülhəsən Cavid oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə Zərifə Əliyeva və Mirhaşım Ağayev küçələrinin kəsişməsində baş verib. Zərifə Əliyeva, 52 ünvanında yaşayan uşaq, zərbənin gücündən bir neçə metr aralıda hasara çırpılıb. 

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanın "VAZ 2106" markalı, "DJ-301Az12" dövlət qeydiyyat nişanlı avtomaşınla törədildiyi müəyyənləşdirilib. Sürücü sərxoş vəziyyətdə saxlanılıb. Ağır bədən xəsarətləri alan Ə.Axundzadənin isə vəziyyəti ağır olaraq qalır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh