Bakıda daha bir saxta nömrəli maşın aşkarlandı – FOTO

Avtoxəbər 24 Avqust 2014 00:04 Oxunub 5003
Bakıda daha bir saxta nömrəli maşın aşkarlandı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi saxta nömrələrlə bağlı xəbərdarlıq və müraciət etdi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində saxta dövlət nömrə nişanı ilə avtomobil darə edən daha bir sürücünü saxlayıblar. Bu barədə Avtosfer.az-a Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, 90 LL 004 dövlət nömrə nişanının saxtalaşdırılması faktı ilə bağlı araşdırmalar davam etdirilir. Bu nömrə tam başqa nömrə nişanlı avtomobilin üzərində aşkarlanıb. Həmin avtomobilin sürücüsü kağız kartondan istifadə edərək rəngli printer vasitəsilə bu cür nömrə nişanı hazırlamaqla ondan istifadə edib. Nömrə nişanının üzərindəki fərqləndirici detallar mövcud olmadığı üçün şübhə doğurub və DYP əməkdaşları həmin avtomobili saxlayaraq yoxlama apardıqda saxtakarlıq faktı üzə çıxıb. Bundan sonra avtomobil cərimə meydançasına qoyulub.

Vaqif Əsədov sürücülərə xəbərdarlıq edərək bu cür saxtakarlıqlara yol verənlərin ciddi cəzalandırılacağını bildirib. DYP rəsmisi vətəndaşlara müraciət edərək xahiş edir ki, bu cür faktlara rast gəldikdə çəkinmədən Daxili İşlər Nazirliyinin 102, Baş Dövlət Yol Polisi İdarəsinin isə 902 telefon nömrələrinə zəng edib məlumat versinlər. Məlumat verən vətəndaşların anonimliyi qorunacaq.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

samir 10 Noyabr 2014 22:55
eziz Vahid hesenov ele ise suallara cavab verin.niye nomreler dovlet risumundan daha qat qat baha satilir ve ya niye avtomobilin nomresi ogurlananda onu berpa etmek olmur millet de qorxusundan oz nomresinin saxtasini yazdirib mawinin baqajinda gezdirir.sizce itmiw nomreleri yeniden berpa etmeyin daha asan yolu fikirlewilmeli deyilmi nomreler oz qiymetine satilsa bu problemler aradan qalxar!