Məşhur braziliyalı Formula-1 pilotu karyerasını başa vurur

Yarışma 1 Sentyabr 2016 17:00 Oxunub 1635
Məşhur braziliyalı Formula-1 pilotu karyerasını başa vurur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Felipe Massa komandası ilə yeni razılaşma əldə edə bilməyib

Məşhur braziliyalı Formula-1 pilotu Felipe Massa mövsüm sonunda karyerasını başa vuracağını bəyan edib. Avtosfer.az Formula-1-in rəsmi saytına istinadən xəbər verir ki, hazırda "Williams" komandasını təmsil edən braziliyalı pilot komandası ilə yeni razılaşma əldə edə bilmədiyindən bu bəyanatı verib.

Ümumiyyətlə, Felipe Massa 2002-ci ildən Formula-1 yarışlarında mübarizə aparır. O, Qran Pri yarışlarında 11 dəfə qalib olub və 2008-ci ildə Formula-1 üzrə dünya çempionatında çempion Lüis Hemiltondan cəmi 1 bal geri qalaraq ikinci yeri tutub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh