DİN nazirin qardaşının öldüyü qəza ilə bağlı məlumat yaydı

Gündəm 21 Aprel 2014 00:00 Oxunub 1971
DİN nazirin qardaşının öldüyü qəza ilə bağlı məlumat yaydı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Abbas Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb

Daxili İşlər Nazirliyi aprelin 19-da saat 21 radələrində Şərur rayonu Püsyan kəndində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. avtosfer.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kəndin ərazisində Tumaslı kənd sakini Abbas Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş A.Əhmədov və sərnişini Mehdi Mahmudov aprelin 20-də orada ölüb.

Qeyd edək ki, qəzaya düşən Abbas Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır. Mehdi Mahmudov isə Dövlət Sərhəd Xidmətinin Şərur zastavasının komendantı olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh