Sükanı buraxıb gitara çalan sürücüyə cəmi 40 manat cərimə düşür - VİDEO

Qaydalar 3 Sentyabr 2016 00:15 Oxunub 2391
Sükanı buraxıb gitara çalan sürücüyə cəmi 40 manat cərimə düşür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İzləyənlərin böyük marağına səbəb olan bu hərəkət olduqca təhlükəlidir

Avtomobil sürür, ancaq əli sükanda yox, gitaradadır. Görüntülər Bakıda çəkilib. Həvəskar gitaraçı Violet Poluxin feysbuk səhifəsində sükan arxasında gitara çaldığını əks etdirən video paylaşıb. İzləyənlərin böyük marağına səbəb olan bu hərəkət olduqca təhlükəlidir. Çünki Violet Poluxin yolda avtomobili idarə etsə də, əlini sükandan yox, gitaradan tutub. Üstəlik, onun idarə etdiyi avtomobilin sürət qutusu mexanikdir. Görüntüdən də aydın olur ki, gitaraçı avtomobilini sürətlə idarə edir. Çünki o, sükanı dizi ilə saxlamasına baxmayaraq, sürət qutusunu da tez-tez dəyişir. Diqqət çəkən məqamlardan biri isə avtomobilin yox, balaca bir musiqi alətinin kəmərini taxmasıdır.

Yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sürücü bu hərəkəti ilə yol hərəkəti-haqqında qanunun 37-ci maddəsnini bir neçə tələbini pozub. Bunlar təhlükəsizlik kəmərindən istifadə etməmək, sükanı əli ilə tutmaması və diqqəti yolda olmalı olduğu halda gitarada ifa etməsidir.

Ancaq bir neçə qaydanı eyni anda pozmasına baxmayaraq, sürücü cəmi 40 manat cərimə edilə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh