Bu yolayrıcında hər gün qəza olur - REAL VİDEO

Qaydalar 3 Sentyabr 2016 01:32 Oxunub 2775
Bu yolayrıcında hər gün qəza olur - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Amma tədbir görülmür

İnternetdə xarici ölkələrdən birində təhlükəsizlik kamerasına düşən nizamsız yolayrıcındakı qəzalar yayılıb. Avtosfer.az xəbər verir ki, kəsişmədə çoxsaylı qəzalar baş verir - sürücülər sağ tərəfdən gələni buraxmır, əyləcdən ən son anda istifadə edirlər. Görüntülərin Rusiyada çəkildiyi ehtimal olunur.

Qəribəsi budur ki, bu qədər qəza olmasına baxmayaraq, yerli yol polisi hərəkətin təşkilində növbəti qəzaların qarşısını almaq üçün köməkçi vasitələrdən (işıqfor, üstünlük nişanları, tramplin və s.) istifadə etmir.

Qeyd edək ki, görüntülər Azərbaycanın çoxsaylı izləyicisi olan bir facebook səhifəsində də paylaşılıb. İstifadəçilərdən biri şərh olaraq yazıb ki, "Bu dördyolun 4 tərəfində dəmirçi-«malyar» qarajı açmaq lazımdır. Əla pul qazanmaq olar".

 

Fuad

ŞƏRH YAZ
Ad

E-mail

Şərh