Əsrarəngiz xəyal avtomobilləri - FOTOLAR

Avtobazar 24 Avqust 2014 12:29 Oxunub 1729
Əsrarəngiz xəyal avtomobilləri - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnnovativ dizayn və konseptual ideyalar

Amerikanın Atlanta şəhərindəki İncəsənət Muzeyində avtomobil dizaynı təkamülünü əks etdirən "Dream Cars" sərgisi açılıb. Anspress-in məlumatına görə, açılmış sərgi avtomobil dizayn təmayüllərinin inkişafına həsr edilib. Sərgidə Avropa və ABŞ istehsalçılarının konseptual dizayn ideyaları, avtomobillərin modelləri və layihə rəsmləri təqdim olunub. “Dream Cars" avtomobilləri arasında nümayiş etdirilən konseptual modellər hazırki dövrün təmayülləri kənarına çıxan dizaynın inkişaf imkanlarını sərgiləyir” – deyə sərginin kuratoru Sara Şleninq bildirir. "Bu nümunələr kütləvi istehsala verilməsələr də, texnologiya ilə stil baxımından avtomobil sənayesinin imkanlarına yenidən nəzər salmağa sövq ediblər”, - deyə Şleninq əlavə edir. Atlanta şəhərinin İncəsənət Muzeyində keçirilən “Dream Cars: Innovative Design, Visionary Ideas” sərgisi sentyabr ayının 7-dək açıqdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh