Belə sürücüyə nə deyəsən - VİDEO

Xəbərlər 25 Avqust 2014 02:13 Oxunub 4138
Belə sürücüyə nə deyəsən - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarşı yola çıxır, qırmızı işıqdan keçir, maşın zebranın üstündə saxlayır və digərlərinə qəza şəraiti yaradır

Bu video avqustun 21-də Bakının mərkəzi küçələrindən birində çəkilib. Avtosfer.az-ın verdiyi məlumata görə, reqistrator.tv saytının sosial şəbəkələrdə yaydığı videoda «Mersedes» markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu əks olunub. Belə ki, avtomobillər sıra ilə svetoforun qırmızı işığında dayandığı halda, bu sürücü özünü hamıdan «ağıllı» hesab edir və qarşı yola çıxır. Bu azmış kimi, həm svetoforun qırmızı işığından keçir, həm də piyada keçidinin üstündə dayanıb, guya özünü qaydalara əməl edən sürücü kimi göstərməyə çalışır. Az sonra sağdan hərəkət edən nəqliyyat vasitələri məhz həmin avtomobilin kobud qayda pozuntusuna yol verməsi səbəbindən istiqamətlərini dəyişməli olurlar.

Həmin sürücünün törətdiyi qayda pozuntuları bunlardır;

1. Qarşı yola çıxmaq.

2. Svetoforun qırmızı işığından keçmək.

3. Avtomobili piyada keçidinin üstündə saxlamaq.

4. Digər qəqliyyat vasitələrinə qəza şəraiti yaratmaq.

Beşinci bəndi də əlavə etmək olar ki, bu da həmin «sürücü»nün cəmiyyətə açıqca şörmətsiz nümayiş etdirməsi və kobudluğudur.

Yeri gəlmişkən, bilməyənlər üçün aydın olsun deyə bir məqamı diqqətə çatdırmaq istəyirik ki, bu cür situasiyalarda stopp xətti keçmək artıq qayda pozuntusu hesab olunur. Piyada keçidini də bir az keçib onun üstündə dayanaraq svetofordan qabağa keçən bu «ağıllı sürücü» isə artıq qırmızı işıqdan keçmiş sayılır. Eyni vaxtda bu qədər inzibati xəta törədən sürücünün yol polislərinə nə cavab verəcəyi maraqlıdır. 

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

rubail 10 Noyabr 2014 22:55
ancaq peyser demek olar bele surucuye