Bakıda maşından düşüb küçədə oynayan qız: "Hamını yoldan çıxartdım" - VİDEO

Avtoreyd 5 Sentyabr 2016 01:16 Oxunub 20773
Bakıda maşından düşüb küçədə oynayan qız: "Hamını yoldan çıxartdım" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elşən ritm tutdu, Renka "sındırdı" - Bakının mərkəzində sürücülər çaş-baş qaldı

Zərb alətləri ifaçısı Elşən Məmmədov öz şəxsi instagram profilində Bakının mərkəzində avtomobilin arxa oturacağında əyləşərək etdiyi ifasını paylaşıb. Avtosfer.az xəbər verir ki, görüntülər «Qış parkı»nın yaxınlığında, Heydər Əliyev Sarayının yanında lentə alınıb. Elşən Məmmədov darbukada ifa edir, onunla əməkdaşlıq edən rəqqasə Rəna Ağamuradova (Renka Black Angel) rəqs edir. Rəqsə bir xanım da sonradan qoşulur və Renka ilə sinxron rəqs edirlər. Baş vermiş bu hadisə yoldan keçən sürücülər arasında çaşqınlıq yaradıb. Rəna özü də bu videonu "Hamını yoldan çıxartdım" adı ilə instagram hesabında paylaşıb.

Video pozitiv olsa da, yaxşı olar ki, xam sürücülərin təhlükəli vəziyyət yaratmamaları üçün bu cür hərəkətlər yollardan kənarda olsun. Ən azı ona görə ki, bu ehtiraslı rəqslə rəqqasələr sürücülərin fikirlərini yayındıra bilər.

 

Fuad

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh