«Qaz-24»ün baqajına 6 uşaq yığıb dənizə getdi - FOTO

Xəbərlər 25 Avqust 2014 06:02 Oxunub 1953
«Qaz-24»ün baqajına 6 uşaq yığıb dənizə getdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaqları sevindirək, amma həyatları bahasına yox

Bu foto avqustun 24-də Goradil qəsəbəsində çimərliyə gedən yolda çəkilib. Avtomobilin sürücüsü uşaqları sevindirmək üçün onları dənizə çimməyə apırır. Bu, yaxşı haldır. Uşaqları əyləndirmək lazımdır. Amma…

Avtosfer.az-ın məlumatına görə,  10-CZ-018 dövlət nömrə nişanlı, «Qaz-24» markalı avtomobilin baqajında 6 uşaq var. Onlar çox şad görünürlər. Bu, uşaqların xüsusiyyətidir. Böyüklər isə uşaqları qorumalıdır. Amma bu fotodakı kimi yox. Arxadan 40 km/saat sürətlə hərəkət edən maşın bu «Qaz-24»ü vursa, o uşaqların yəqin ki, həyatları puç olacaq, ölən, yaralanan… Digər tərəfdən, avtomobilin baqajı sərnişin üçün yox, yük daşımaq üçün nəzərdə tutulub.

Fotonu yaymaqda məqsədimiz o deyil ki, kimisə tutub cərimə yazsınlar, ziyan olsun. Məqsəd odur ki, qoy elə həmin sürücü özü də bu fotoya kənardan baxıb nə qədər təhlükəli bir addım atdığının fərqinə varsın. Bu foto belə xətalara yol verən valideynləri, sürücüləri xəbərdar etmək üçün yayılır. Baxın və özünüzlə yanaşı, gələcəyimiz olan uşaqları da düşünün.

Qeyd edək ki, bu fotonu facebook sosial şəbəkəsində Elnarə Məhərrəmova adlı istifadəçi paylaşıb. Onun fotoya yazdığı bu cümlələləri diqqətinizə çatdırırıq: «İstəməzdik ki, kiminsə övladının üzündəki təbəssüm onun son təbəssümü olsun. Uşaqları sevindirmək istəyirsinizsə, onların həyatını təhlkəyə atmayın».

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh