Azərbaycanda sürücülərin yuxulaması bu şirkətə 1,5 milyona başa gəldi

Avtobazar 25 Avqust 2014 17:27 Oxunub 2009
Azərbaycanda sürücülərin yuxulaması bu şirkətə 1,5 milyona başa gəldi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş vermiş qəzaların əsas səbəbləri arasında sürücülərin manevr qaydasını pozmaları da var

"AXA MBASK” sığorta şirkəti yay ayları ərzində baş verən avtomobil sığorta hadisələrinin statistikasını açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, iyun-avqust aylarında şirkətin sığortaladığı avtomobillərlə bağlı 1431 sığorta hadisəsi baş verib. Bu hadisələrin 754-ü avtomobilin icbari sığortası, 667-si isə kasko sığorta ilə bağlı olub. Qəzaların 509-u regionlarda, 922-si  isə Bakıda baş verib. Bununla bağlı “AXA MBASK” sığorta şirkəti   1 566 347 manat  sığorta ödənişi edib. Baş vermiş qəzaların əsas səbəbləri isə sürücülərin manevr qaydasını pozmaları və yuxusuzluq olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh