Nigar Camalı belə cərimələdilər - VİDEO

Qaydalar 8 Sentyabr 2016 12:22 Oxunub 3542
Nigar Camalı belə cərimələdilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İngilissayağı, mənim ilk payız cəriməm"

“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın başına iş gəlib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, İngiltərə polisi müğənninin avtomobilini cərimələyib. Bu barədə Nigar Camalın özü sosial şəbəkədə məlumat yayıb, cərimə anını lentə alaraq sosial şəbəkədə paylaşıb. “İngilissayağı, mənim ilk payız cəriməm. 2-4 saat ərzində maşını yoldan götürməyəndə, İngiltərədə adamı belə cərimələyirlər. Pis Londonla tanışlıq”, deyə ifaçı bildirib.

Avtosfer.az bildirir ki, Nigar Camal BMT-nin yol hərəkəti təhlükəsizliyi üzrə xoşməramlı səfiridir. Lakin indiyədək yol hərəkəti təhlükəsizliyi ilə bağlı ciddi bir iş görməyib. Əvəzində çoxlu reklamlara çəkilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh