"Bürclərin tarixi dəyişməyib" - Astroloq NASA-nı yalanladı

Maraqlı 8 Sentyabr 2016 16:11 Oxunub 19417
"Bürclərin tarixi dəyişməyib" - Astroloq NASA-nı yalanladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Əlavə bürc və bürclərin tarixinin dəyişdirilməsi boş söhbətdir"

NASA-nın yaydığı məlumata görə, bürclərin tarixi dəyişib. Məlumata görə, ulduzlar dünyaya görə istiqamətlərini dəyişib və bu səbəbdən bürc tarixləri yenilənib. Bundan başqa, təqvimə yeni bürc də əlavə edilib.

Yeri dəyişdirilən bürclərin tarixlərinin aşağıdakı kimi olduğu açıqlanıb:

 

18 Aprel - 13 May : QOÇ

13 May - 21 İyun : BUĞA

21 İyun - 20 İyul : ƏKİZLƏR

20 İyul - 10 Avqust : XƏRÇƏNG

10 Avqust - 16 Sentyabr : ŞİR

16 Sentyabr - 30 Oktyabr : QIZ

30 Oktaybr - 23 Noyabr : TƏRƏZİ

23 Noyabr - 29 Noyabr : ƏQRƏB

30 Noyabr - 17 Dekabr : İLAN

17 Dekabr - 20 Yanvar : OXATAN

20 Yanvar - 16 Fevral : OĞLAQ

16 Fevral - 11 Mart : DOLÇA

11 Mart - 18 Aprel : BALIQ

 

Astroloq Səbuhi Rəhimli NASA-nın bürclərin tarixinin dəyişməsi ilə bağlı yaydığı məlumata münasibət bildirib. 

Avtosfer.az xəbər verir ki, bu barədə S.Rəhimli azvision.az-a bildirib ki, mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir və əsassızdır.

“1989-cu ildə belə bir ideya ortalığa atılmışdı. Alman alimləri 2004-cü ildə bu məsələnin əsassız olduğunu bildirdilər. Bürclərin sürüşməsi məsələsi 2004-cü ildə iflasa uğradı. İndi bunu yalandan gündəmə gətirməyin nə mənası var ki?! 

Durub deyim ki, Günəş qız bürcü altındadır? Hansısa astrofizikin hünəri çatarmı ki, bunu təkzib etsin?! Bu sonlanmış məsələdir, əlavə bürc və bürclərin tarixinin dəyişdirilməsi boş söhbətdir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh