Uşaqlardan uşaqlara yol qaydaları ilə bağlı mesaj var – FOTOLAR - VIDEO

Qaydalar 10 Sentyabr 2016 14:32 Oxunub 2292
Uşaqlardan uşaqlara yol qaydaları ilə bağlı mesaj var – FOTOLAR - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi uşaqların yollarda təhlükəsiz davranışı ilə bağlı təbliğat işlərinə start verdi

Dərs ilinin başlanması ilə əlaqədar olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təbliğat işlərinin aparılmasına start verib. Xüsusilə, azyaşlı uşaqların həyat və sağlamlığının yol-nəqliyyat hadisələrindən qorunması, «Yol hərəkəti haqqında» qanunun tələbləri barədə onlar arasında təbliğat işlərinin aparılması, küçədə və yollarda təhlükəsiz davranması üçün tədbirlərin keçirilməsinə başlanılıb. Avtosfer.az-ın məlumatına görə, bu gün Suraxanı rayonu ərazisində «Canlı svetofor» kimi tanınan Xalid və onun komandası ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları görüş keçirib. Görüşdə azyaşlı uşaqlar bilik və bacarıqlarını nümayiş etdiriblər. Eyni zamanda, azyaşlılılar yolu keçmək qaydaları ilə bağlı öz həmyaşıdlarına mesaj göndərərək onları da bu qaydalara əməl etməyə çağırıblar. Bu kimi tədbirlərin keçirilməsi vacibdir. Yol qəzalarının sayının azalmasında bu cür tədbirlər mühüm əhəmiyyət kəsb edir. Tədbirdə valideynlərin iştirakı da yaxşı haldır. Çünki onlar da yol-qəzalarının baş verməməsi üçün öz ətraflarında təbliğat aparır, bildiklərini digərlirinə də çatdırır və evdə uşaqları yollarda təhlükəsiz davranışa öyrədirlər.

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh