Bu da deyir mən sürücüyəm - FOTO

Xəbərlər 26 Avqust 2014 17:22 Oxunub 2196
Bu da deyir mən sürücüyəm - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda biabırçı formada parkinq edən sürücülər də var

Vasif adlı oxucunun Avtosfer.az saytına göndərdiyi bu fotolar Bakı şəhərində çəkilib. Avtomobilin markası və nömrəsi məlumdur, fotolardan hər şey aydındır. Elə avtomobilin parkinqdə necə park edilməsini də gördünüz. Biz bilməsək də, bilənlər bilir ki, o avtomobil kimindir və sürücünün də sürücülük mədəniyyəti hansı səviyyədədir. Fotolara baxdıqca maraqlı suallar yaranır; görəsən, doğrudanmı hətta xətlənmiş zolaqlarda da maşını düzgün park etməyi bizə döyə-döyə öyrətmək lazımdır? Xətləməyə fikir verin, sağ tərəf üstü zolaqlanır. Bu avtomobilin sürücüsü isə maşını həmin xətlərin əksinə saxlayıb. Və avtomobil öz zolağından əlavə ikinci parkinq yerini də zəbt edib. Hər halda, belə sürücülər bir qədər təlim keçsə, yaxşı olardı.

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh