Bərdədə minik avtomobilində 13 heyvan yerləşdirdilər - VİDEO

Qaydalar 11 Sentyabr 2016 02:59 Oxunub 6672
Bərdədə minik avtomobilində 13 heyvan yerləşdirdilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki inək, 1 buzov salonda, 10 qoyun yük yerindədir

Minik avtomobilinə ikisi iri buynuzlu olmaqla 13 heyvan yerləşdirilib. İki inək, 1 buzov salonda, 10 qoyun yük yerindədir. Özü də bir vaxtların xarizmatik xidməti avtomobili sayılan “Qaz-31”ə. Qeyr-adi görüntülər Bərdədə çəkilib. Goranboy sakini Elxan Xankişiyev Bərdə bazarından aldığı heyvanları minik maşınında aparalı olub. Heyvanları elə yerləşdirib ki, görənlər heyrətə gəlib. 13 baş heyvandan ikisinin iri buynuzlu olması ona mane olmayıb. İnəkləri avtomobilin salonuna, qalan 10 qoyunu isə yük yerinə yerləşdirib. Ancaq bu hələ son deyil. O, yük yerinə daha iki qoyun sığdırmağın mümkün olduğunu deyir.

O, bütün bunları əlavə xərcə düşməmək üçün edib. Dediyinə görə heyvanlarını həmişə belə öz avtomobilində aparıb-gətirir.

Elxan Xankişiyev bazarlığını qurtarandan sonra qeyri-adi təşəbbüsünə daha bir maraqlı addımla son verir. Balaca buzovu da avtomobilin ön oturacağıa mindirib rayonuna istiqamət alır.

Avtosfer.az bildirir ki, bu sürücü yükdaşıma qaydalarını pozmaqla yanaşı özünü rəsmən təhlükəyə atır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh