DİN-dən xanım sürücülərə sərt qadağa

Texnologiya 29 Avqust 2014 19:34 Oxunub 3844
DİN-dən xanım sürücülərə sərt qadağa
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirlik sürücü xanımlara sükan arxasında bəzənməyi qadağan etdi

Sükan arxasında oturan xanımlar bəzənəcəyi halda cəzalandırılacaqlar. Anspress-in məlumatına görə, bu qayda Birləşmiş Ərərb Əmirliklərinin (BƏƏ) Daxili İşlər Nazirliyi tərəfindən verilib. Belə ki, sükan arxasında makiyaj vuran, saçını düzəldən, dodaqlarına boya sürtən qadın sürücülər 270 dollar cərimələnəcək, nəqliyyat vasitəsi isə 1 ay müddətinə cərimə meydançasında saxlanılacaq. BƏƏ polisi hesab edir ki, qadın sürücülərin bu hərəkəti yollarda təhlükəli vəziyyət yaradır: "Sükan arxasında bəzənmək mobil telefondan istifadə etməkdən daha təhlükəlidir".

Qeyd edək ki, BƏƏ-də sükan arxasında "hands-free" qurğusundan istifadə etməklə mobil telefonla danışmaq qanunla qadağan olunmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Sedaqet 10 Noyabr 2014 22:55
Kash bizde de bele qadaga ola!!!gedirsen, gorursen qabagindaki mashin yolu ortalayib oz kefiyle gedir. baxirsan ki, icindeki xanim acib guzgunu bezenir!!!