Alkotesterlə belə davranan sürücü olmamışdı - VİDEO

Qaydalar 13 Sentyabr 2016 10:15 Oxunub 6951
Alkotesterlə belə davranan sürücü olmamışdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş sürücü alkotesteri siqaret sanaraq qəribə hərəkətlər edib

Rusiyada yol polisi tərəfindən saxlanılan sərxoş sürücü gülüş hədəfinə çevrilib. Avtosfer.az xəbər verir ki, polis maşınına əyləşən sürücü, alkotesterin borusunu siqaret sanır, ondan tüstü çıxmadığını görüb maşından bayıra atır.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ilə alkoqol, psixotrop və narkotik tərkibli vasitələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edərək  sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə sürücü ilk dəfə İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə 400 manat cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Eyni əməl təkrar törədildikdə 500 manat cərimə, sürücülük hüququnun 2 il müddətinə məhdudlaşdırılması və ya 15 gün inzibati həbs nəzərdə tutulur.

Ümumiyyətlə, sərxoş vəziyyətdə olan sürücünün sükan arxasında fikri yayınır, görmə qabiliyyəti məhdudlaşır və hadisələrə dərhal reaksiya vermək imkanında olmur. Bu isə ən qısa zaman kəsiyində ağır qəzaya səbəb ola bilər.

 

Fuad

ŞƏRH YAZ
Ad

E-mail

Şərh