Avtobus sürücülərindən daha bir özbaşınalıq - FOTO

Xəbərlər 27 Avqust 2014 00:58 Oxunub 1921
Avtobus sürücülərindən daha bir özbaşınalıq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yayılan fotoya Nəqliyyat Nazirliyindən ənənəvi cavab verilib

Oxuculardan biri milli.az-a avtobus sürücülərinin növbəti özbaşınalığını göstərən foto təqdim ediblər. Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində çəkilən foto nəqliyyat sistemindəki mənzərəni çılpaqlığı ilə göstərir. Bir neçə sürücü avtobusları yolun hərəkət hissəsində saxlayıb. Nəticədə yolun bir hissəsini tutub və arxadan gələn maşınlar qarşı yola çıxaraq qəza təhlükəsi yaratmaq məcburiyyətində qalırlar. Məsələ ilə bağlı Nəqliyyat Nazirliyindən bildiriblər ki, bu cür sürücülərə qarşı sərt tədbirlər görülür: “Yol polisi və Nəqliyat Nazirliyi əməkdaşları avtobuslara qarşı birgə reydlər keçirir. Qayda pozuntusu edən sürücülər məsuliyyətə cəlb olunur”. Nazirlikdən həmçinin onu da əlavə ediblər ki, baş verən neqativ halların qarşısını almaq üçün artıq sürücü bazasının da yaradılmasına başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh