"İş saatım bitib" - deyə qatarı tərk etdi

Maraqlı 15 Sentyabr 2016 15:18 Oxunub 1532
"İş saatım bitib" - deyə qatarı tərk etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər 5 saat gecikmə ilə mənzil başına çatıblar

İspaniyada maraqlı hadisə baş verib. Santanderadan Madridə gedən qatarın sürücüsü iş vaxtının bitdiyi üçün qatarı tərk edib. Avtosfer.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı xəbər yayıb. 100-ə yaxın sərnişini olan qatarı Osorno stansiyasında saxlayaraq tərk edən sürücü bildirib ki, "İş saatım bitib, əgər mən iş saatımdan artıq işləsəm yorulmuş olaram və qəza riskidə artar, sərnişinləri təhlükə altında qoymuş olaram". Sürücü həmçinin qeyd edib ki, "Mən qanuna söykənərək hərəkət etmişəm" –deyə stansiyanı tərk edib. Stansiya əməkdaşları isə sərnişinləri avtobuslarla yola salmağa məcbur olublar. Sərnişinlər 5 saat gecikmə ilə mənzil başına çatıblar.

 Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh