Sensorsuz eskalatorlar - Biri işləyir, biri yox - VİDEO

Xəbərlər 18 Sentyabr 2016 23:54 Oxunub 1498
Sensorsuz eskalatorlar - Biri işləyir, biri yox - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həm eskalator tez sıradan çıxır, həm də daha çox elektrik enerjisi istifadə olunur

Birinə yaxınlaşan zaman işə düşür, digəri isə saatlarla işləyir. Söhbət Piyada keçidlərinə quraşdırılan eskalatorlardan gedir. Paytaxtda olan əksər piyada keçidlərinə piyadaların rahat düşüb- qalxması üçün eskalatorlarlar quraşdırılıb. Ancaq, bu eskalatorların bəzisi sensorla işləsədə digərlərində belə qurğu quraşdırılmayıb. Elə Xətai rayonu Nobel prospektində olan yerüstü piyada keçidi kimi.

Digər bir yer isə Nəsimi rayonu Heydər Əliyev sarayının qarşısındakı parkda olan yeraltı piyada keçididir. Burada da eyni vəziyyət var. Piyadalar deyir ki, burada olan keçiddə eskalatorlar fasiləsiz işlədiyindən eskalator hazırda sıradan çıxıb. Piyadalar məcbur olub pilləkanla qalxmalı olurlar. Elektrik mühəndisləri isə hesab edir ki, sensorlu istənilən texniki avadanlıq digərləri ilə müqayisədə enerjiyə daha çox qənaət eliyir.

''Azəravtoyol'' Açıq Səhimdar Cəmiyyətindən isə bildirildi ki, keçidlər tikinti şirkətləri tərəfindən layihəyə uyğun tikilir və eskalatorlarda onlar tərəfindən quraşdırılır. Esklaatorların nə qədər elektrik enerjisi istifadə etməsi məsələsinə gəldikdə isə, bu da şirkətlərin layihəsində öz əksini tapır. Sensorsuz işləyən eskalatorlar isə, günün pik olmayan saatlarında söndürülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh