Formula 1 yarışında trasa pişik, dovşan, tülkü və kərtənkələ çıxdı - FOTO

Yarışma 19 Sentyabr 2016 13:02 Oxunub 2446
Formula 1 yarışında trasa pişik, dovşan, tülkü və kərtənkələ çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə Avropa Qran Prisinin səfiri yazıb

"Formula 1" üzrə Sinqapur Qran Prisində maraqlı hadisə baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yarış zamanı trassa böyük kərtənkələ çıxıb. Bu barədə "Red Bull"un pilotu Maks Ferstappen komanda ilə radio əlaqə zamanı bildirib. "McLaren"in sürücüsü Fernando Alonso da sosial şəbəkədə canlıların yola çıxmasından söz açıb. O, Kanadada keçirilmiş Qran Pridə küçə itlərinin trasa çıxdığını yazıb. Bu cür hadisələr digər Qran prilərdə də baş verib. Avstriyada maral, Malayziyada ilan, 17 - 19 iyunda Bakıda keçirilmiş Avropa Qran Prisində isə pişik pilotlara maneçilik törədib.

Qeyd edək ki, Fernando Alonso Avropa Qran Prisinin elçisi olub. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh