Bu vəziyyətdə motosikleti ötmək olarmı? – DOĞRU CAVAB

Yarışma 19 Sentyabr 2016 22:10 Oxunub 2245
Bu vəziyyətdə motosikleti ötmək olarmı? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual ötmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə motosikleti ötmək olarmı?

a) Yolayrıcını keçməkdə olan digər nəqliyyat vasitəsinə mane olmamaq şərtilə olar;

b) Olmaz;

c) Yalnız yolayrıcını keçdikdən sonra olar.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin V hissəsinin 1-ci bəndinə əsasən, istənilən nizamlanmayan yolayrıclarında yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə qadağan deyil. Ona görə də bu vəziyyətdə sağdan yaxınlaşan digər nəqliyyat vasitəsinə mane olmamaq (ona yol vermək) şərtilə motosikleti ötmək olar. Deməli, sualın doğru cavabı “A” variantı olacaq: Bu vəziyyətdə yolayrıcını keçməkdə olan digər nəqliyyat vasitəsinə mane olmamaq şərtilə motosikleti ötmək olar.

Suala ilk doğru cavabı Tərlan adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 246 96 97 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə zəng etmək lazımdır.

Sualın daha bir sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

 188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh