Azərbaycanda TIR sürücüsü sükan arxasında öldü

Xəbərlər 22 Sentyabr 2016 22:11 Oxunub 1485
Azərbaycanda TIR sürücüsü sükan arxasında öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Akif Qurbanov ürək çatışmazlığından ölüb.

Bakı-Qazax magistralında hərəkət edən yük maşınında ölüm hadisəsi baş verib. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, yolun Kürdəmirdən keçən hissəsində 1967-ci il təvəllüdlü Qurbanov Akif Raci oğlu idarə etdiyi iri yük maşınının (TIR) sükanı arxasında keçinib. Özünü pis hiss edən sürücü maşını yolun kənarına çəkib və bir qədər sonra vəfat edib. Sürücünün meyiti ekspertizadan keçirildikdən sonra Lənkəranın Liman qəsəbəsinə yola salınıb.

İlkin ehtimala görə, A.Qurbanov ürək çatışmazlığından ölüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh