Azərbaycanda iki polis maşını toqquşdu - VİDEO

Yol polisi 23 Sentyabr 2016 02:20 Oxunub 3699
Azərbaycanda iki polis maşını toqquşdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Post Patrul Xidmətinin rəisi yol qəzasına düşüb

Ötən gün axşam saatlarında Lənkəran-Lerik yolunun Qurunba kəndi ərazisində yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən Cənub bürosu xəbər verir ki, Lənkəranda baş verən yol qəzasında Lerik Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinə aid iki avtomaşın toqquşub. Əks istiqamətlərdə hərəkətdə olan "Hundai" və "Fiat" markalı avtomobillərin toqquşması zamanı ciddi xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Polis əməkdaşı olan Lerik rayonu Günəşli kənd sakini Samir Hüseynovun idarə etdiyi avtomaşında qəza zamanı Post Patrul Xidmətinin rəisi, Lənkəran sakini Rusif Canməmmədov da olub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh