Maşın alarkən nömrəni saxlamaqla öz adınıza keçirə bilərsiniz

Gündəm 31 Avqust 2014 22:40 Oxunub 41500
Maşın alarkən nömrəni saxlamaqla öz adınıza keçirə bilərsiniz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət Yol Polisi «ölü maddə»ni işə salıb, amma nöqsanlar hələ də var

«Bu ilin əvvəlindən Daxili İşlər Nazirliyinə və Baş Dövlət Yol Polisi İdarəsinə yazdığımız davamlı məktublardan sonra qanunvericiliyin daha bir maddəsinin tətbiqinə nail ola bildik. Artıq təkcə Baş Dövlət Yol Polisi İdarəsində deyil, həm də regional bölmələrdə 2011-ci noyabrında qəbul olunan, amma «ölü maddə»yə çevrilən “Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinin III bəndinin verdiyi hüquqdan vətəndaşlar istifadə edə bilir». Bunu Avtosfer.az saytına jurnalist Xalid Vahidoğlu deyib. Onun sözlərinə görə, həmin maddədə bildirilir ki, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Bu isə o deməkdir ki, əgər avtomobilinə bir dəfə dövlət qeydiyyat nişanı verilibsə, hansı rayonda qeydiyyatda olmasından asılı olmayaraq vətəndaş həmin nömrə saxlanılmaqla (nömrənin avtomobildə qalmasına alan və satan şəxs etiraz etmirsə) onu öz adına rəsmiləşdirə, yəni öz adına qeydiyyat şəhadətnaməsi ala bilər».

Artıq ölkənin DYP şöbələrində bu qanun işə düşsə də, təəssüf doğuran hal odur ki, hazırda bəzi məmurlar bu addımdan da sui-istifadə edir. Belə ki, əldə etdiymiz məlumata görə, regional bölmələrdə aıtomolbillərin alqı-satqısı zamanı vətəndaşlara avtomobilin nömrə nişanını saxlamağa köməklik təklif olunur. Vətəndaşların bilgisizliyindən istifadə edərək bunun müqabilində onlardan 150-300 manat arası pul tələb olunur. Həmçinin nömrə nişanlarının saxlanılması üçün tələb olunan ərizənin yazılması üçün «ayrıca ştat» açılıb. Ərizə yazılması xidməti müqabilində vətəndaşlardan əlavə pul alınır; 3-5 manat.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Tural 20 Sentyabr 2022 10:20
?
Tural 20 Sentyabr 2022 10:17
Eger masin generalni davernusnan satilirsa raziligi texpasport kimin adinadisa o sexs vermelidi yoxsa generalni davernusnan satan adam raziliq verse olur!? Zehmet olmasa cavablandirardiniz
Tebriz 29 İyul 2020 21:02
Salam nonreni deyisrmeyin dövlət rüsumu ne qederdi qiymeti xaiş yazardız da
Yusif 18 Avqust 2018 23:16
Xahiş edirəm Nömrə alındığı zaman alqı satqı prosseslərini izah edərdiniz.Nə qədər rüsum ödənilir.Nömrəni saxlasam və ya maşının üstünə keçirtsəm
Yusif 18 Avqust 2018 23:13
Salam
Arzu 25 Sentyabr 2017 14:55
Salam menim mawinimin nomresi 90 baki qeydiyatidi o nomreden cixib 03 agdas nomresi almaq isidiyirem. Baki nomresini qeydiyyatdan cixarmaq ucun bakiye getmeliyem. Yoxsa agdasda tefil verib yeni nomre ala bilermmi Xaiw edirem tez cavablandirin tecili lazimdi
mirhabil 20 Fevral 2017 20:45
cox saqolun maraqli saytdi
zeynal 14 Fevral 2017 22:59
masini satdim bilmek olar adimdan çixib
SEYMUR 8 Avqust 2016 22:30
SALAM.bu yaxinlarda nomre saxlanilmaqla avtomobili adima kecirmisem.nomreye gorede 22azn pul odesemde bu odenisin qeyri qanuni oldugunu dusunurem.902-ye zeng vurub oyrenmek istesemde konkret cavab ala bilmedim.bu barede melumati olan varsa yazsin
vusal 4 İyul 2015 21:27
Eger 150-300 azn alinirsa.qanuna esasen dovlet rusumu ne qeder teskil etdiyini diyerdiz zehmet olmasa.ve yaxud bu rusumun meblegiyle hansisa bilgi verecek saytin yerin adini yazardiz.
vusal 4 İyul 2015 21:24
Eger 150-300 azn alinirsa.qanuna esasen dovlet rusumu ne qeder teskil etdiyini diyerdiz zehmet olmasa.ve yaxud bu rusumun meblegiyle hansisa bilgi verecek saytin yerin adini yazardiz.
Yaşar Məmmədov 10 Noyabr 2014 22:55
Əgər bu qanun elə ya belə işləməyə başlayıbsa bu Sizin hesabınızadır. Bu məsələ haqqında Qoşa xətt verilişində məsələ qaldırandan sonra vətəndaşlar belə bir maddənin olduğundan xəbərdar olub. Sizə təşəkkürlər!
Ramin 10 Noyabr 2014 22:55
Sorğunuza cavab olaraq bildiririk ki, «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq, nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Azərbaycan Respublikası ərazisində qeydiyyat üzrə daimi uçotda olan nəqliyyat vasitəsinin uçotdan çıxarılması mülkiyyətçinin ərizəsi əsasında nəqliyyat vasitəsinin daimi qeydiyyatda olduğu ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqəsində həyata keçirilir. Dövlət qeydiyyat nişanlarının təhvil verilməsi, uçotdan çıxmanın səbəbi və tranzit nişanlarının verilməsi barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydlər edilir.Fiziki şəxslər yaşayış yerini və hüquqi şəxslər olduqları yeri dəyişdikləri, eləcə də nəqliyyat vasitəsi sahibinin dəyişildiyi vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini yeni hüquqi ünvanı və ya yaşayış yeri üzrə nəqliyyat vasitəsi təqdim olunmaqla Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrində dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar.
Ferid 10 Noyabr 2014 22:55
Salam nömreni deyişmeden maşnı adma kecirmek isterem nomre menim rayonda yaşayan nömremdi dovlet rusum neqederdi. Zehmet olmasa
Yusif 10 Noyabr 2014 22:55
Salam. Avtomobilimi öz adıma rəsmiləşdirmək istəyirəm. Bakıda qeydiyyatdadır. Özüm Sumqayıtda qeydiyatdayam.
Sultan 10 Noyabr 2014 22:55
Nəqliyyat vasitəsinin öz adına sənədləşdirilməsi zamanı qanunvericilikdə nəzərdə tutulan nəğd pul məbləğinin dəqiq miqdarını bilmək istərdim.
fexreddin 10 Noyabr 2014 22:55
Masini öz kecirmek isdeyirem ve rusumu