''Range Rover''in xanım sürücüsü mühafizəçini ölümcül döydürdü - BAKIDA ŞOK

Avtoxəbər 23 Sentyabr 2016 23:22 Oxunub 16734
''Range Rover''in xanım sürücüsü mühafizəçini ölümcül döydürdü - BAKIDA ŞOK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb

Bakının mərkəzində yaşayış kompleksinin mühafizəçisi ölümcül döyülüb. Hadisə şahidlərinin criminal.az saytına verdiyi məlumata görə, bu gün saat 16.30 radələrində "Abşeron" mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisi bir qızın şikayəti ilə ölümcül hala salınıb. Məlumata görə, cavan xanım sürücü idarə etdiyi ''-- -- 003'' dövlət nömrə nişanlı son model ''Range Rover'' markalı avtomobili park etmək istəyib. Yer olmadığından yaşayış kompleksinin həyətində saxlamaq istəyib. Lakin binanın mühafizəçisi ona icəzə verməyib. Həmin xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra qara ''AA'' dövlət nömrə nişanlı  ''Mercedes'' markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçisi huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh