«Lexus» yeni avtomobil oturacağını nümayiş etdirəcək - FOTO

Avtodünya 26 Sentyabr 2016 08:33 Oxunub 2726
«Lexus» yeni avtomobil oturacağını nümayiş etdirəcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oturacağı kürək hissəsi hörümçək toruna bənzər üslubda hazırlanıb

«Lexus» şirkəti Paris avtomobil sərgisinin çərçivəsində yeni materiallardan hazırlanmış kinetik oturacaq konsepsiyasını təqdim etmək niyyətindədir. Bu oturacaq avtosalonda təşkil edilmiş ayrıca stenddə nümayiş etdiriləcək. Oturacağı kürək hissəsi hörümçək toruna bənzər üslubda hazırlanıb. Oturacağın quruluşunun əsas elementi sintetik hörümçək ipəyinin əsasında yaradılmış ekoloji cəhətdən zərərsiz materiallardan hazırlanıb. Yeni materialın əsas komponenti mikroorqanizmlərin qıcqırma prosesi zamanı əldə edilən zülaldır. Sonradan bu komponent sentrifuqadan keçərək yeni materiala dönüşür.

«Lexus» mütəxəssilərinin bildirdiyinə görə, “hörümçək toru” titrəyişləri yaxşı udur, davamlıdır, elastikdir və insan bədəninin formasına uyğunlaşaraq ağırlığı optimal şəkildə bölüşdürə bilir. Kreslonun kürək və oturacaq hissələri hərəkət edə bilir ki, bu da avtomobilin hərəkəti zamanı yaranan baş tərpənmələrini kompensasiya edir. Yeni texnologiya sürücü üçün sabit görüntü məkanını təmin etməyə imkan verir.

Bununla belə, yapon istehsalçısının nümayəndələri kreslonun seria istehsalı barədə bir söz söyləməyiblər.

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh