Xalq artisti Bakıda 40 manatlıq qayda pozuntusu törətdi - VİDEO

Qaydalar 28 Sentyabr 2016 12:13 Oxunub 3859
Xalq artisti Bakıda 40 manatlıq qayda pozuntusu törətdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gülyaz Məmmədova sağa dönərkən 3-cü zolaqdan sağa manevr edib

Azərbaycanın xalq artisti,xanəndə Gülyaz Məmmədova Bülbül prospektindən («Sahil» metrosunun yanından) sağa - Zərifə Əliyeva küçəsinə dönərkən qayda pozub. Qayda pozuntusu Avtosfer.az saytının əməkdaşının avtomobilində quraşdırdığı videoqeydiyyat qurğusuna qeyd olunub. Belə ki, xalq artisti idarə etdiyi «Lexus» markalı, 90 FT 181 dövlət nömrə nişanlı avtomobillə sağa dönərkən 3-cü zolaqdan sağa manevr edib. Bununla da, o, «Yol hərəkəti haqqında» Qanunun 42-ci maddəsinin 7-ci hissəsinin tələbini pozub. Həmin maddədə göstərilir ki, sağa dönən nəqliyyat vasitələri sağ zolaqla manevr edərək dönəcəyi yolun sağ zolağına keçməlidir. Bu qayda pozuntusuna görə, müğənni Gülyaz Məmmədovanı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə gözləyir.

Xalq artisitinə tövsiyəmiz budur ki, yolda belə manevr etməklə digər nəqliyyat vasiətlərinə mane olmasın və sənətini təbliğ etdiyi kimi, qayda pozmadan sürücü kimi cəmiyyətə nümunə olsun!

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh