Sürücü hərəkəti hansı istiqamətdə davam edə bilər? - DOĞRU CAVAB

Yarışma 27 Sentyabr 2016 20:05 Oxunub 2733
Sürücü hərəkəti hansı istiqamətdə davam edə bilər? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

İcazə verilən maksimum kütləsi 3000 kq olan yük avtomobilinin sürücüsü bu yolayrıcında hərəkətini hansı istiqamətdə davam edə bilər?

a) Yalnız sağa;

b) Düzünə istisna olmaqla, qalan bütün istiqamətlərdə;

c) Bütün istiqamətlərdə.

Sualın doğru cavabı belədir: 3.4 “Yük avtomobillərinin hərəkəti qadağandır” nişanının qüvvəsi icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan yük avtomobillərinə aiddir. Ona görə də icazə verilən maksimum kütləsi 3000 kq olan yük avtomobilinin bu yolayrıcında hərəkət istiqamətinə dair hər hansı xüsusi tələb yoxdur. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: İcazə verilən maksimum kütləsi 3000 kq olan yük avtomobilinin sürücüsü bu yolayrıcında hərəkətini bütün istiqamətlərdə davam edə bilər.

Suala ilk doğru cavabı Raqif adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 246 96 97 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə zəng etmək lazımdır.

Sualın daha bir sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

 188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh