Polislər Bakı sakinini intihar fikrindən daşındırıb

Yol polisi 27 Sentyabr 2016 15:45 Oxunub 1303
Polislər Bakı sakinini intihar fikrindən daşındırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
23 yaşlı oğlan özünü 16-cı mərtəbədən atmaq istəyib

Bakıda 23 yaşlı oğlan intihara cəhd edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Binə qəsəbəsində kirayə yaşayan 1993-cü il təvəllüdlü Həsən Cavadzadə intihar məqsədi ilə Nizami rayonu Ə.Hacıyev küçəsi ev 46 ünvanında yerləşən 16 mərtəbəli yeni tikilinin damından özünü atmaq istəyib. Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Polislər H.Cavadzadə ilə söhbət apararaq onu intihar etmək fikrindən daşındırıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh