Tıxaclar qəzaların sayını artırır

Yol polisi 30 Avqust 2014 03:27 Oxunub 2254
Tıxaclar qəzaların sayını artırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Gürcüstanla sərhəddəki tıxac Rusiya-Gürcüstan sərhədində torpaq sürüşməsi ilə bağlıdır”

 

 

Şahin Camalov: “Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində həftənin 5-6 günü uzunmüddətli tıxac olur”

 

Son günlər Azərbaycan-Gürcüstan sərhədində 5 kilometr uzunluğunda tıxac yaranıb. Bəzi avtomobillərin iki gün tıxacda qaldığı da bildirilirdi. Bu vəziyyətin hələ 10 günə yaxın davam edəcəyi gözlənilir. Ötən gün səhər isə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində 5 kilometr uzunluğunda tıxac yaranıb. Az bir vaxtda gediləcək yolu saatlarla getməyə səbəb olan tıxacları yaradan səbəblər nələrdir? Bu tıxaclar hansı səbəblərdən yaranır? Uzun müddətli tıxaclar hansı problemlər yaradır? Mövzu ilə bağlı “Üç nöqtə”yə danışan Təhlükəsiz Yol Alyansının koordinatoru Şahin Camalov bildirdi ki, Gürcüstanla sərhəddəki tıxac Rusiya-Gürcüstan sərhədində unda baş vermiş torpaq sürüşməsi ilə bağlıdır. Bu səbəbdən də yol bağlanıb. Gürcüstandan Rusiyaya getmək istəyənlər Azərbaycan ərazisindən istifadə etmək məcburiyyətində qalıblar. Buna görə də, uzunmüddətli tıxaclar yaranıb. Ş.Camalov bildirdi ki, Gürcüstanla sərhəddəki tıxaclar yalnız bununla bağlı deyil: “Ümumilikdə götürdükdə, Gürcüstanla Azərbaycan sərhədində tıxaclar həmişə var. Uzun illərdir ki, bu tıxaclar mütəmadi olur. Xüsusilə yay fəslində problem özünü daha qabarıq göstərir. Bu, həm də Gürcüstana dincəlməyə gedən Azərbaycanların istirahətdən qayıtması ilə bağlıdır. Hazırda yay fəsli olduğu üçün bu cür tıxacların olması normalıdır. Çox sayda avtomobil sərhədi keçməyə çalışır və ona görə də tıxaclar yaranır”.

Ş.Camalov deyir ki, tıxacların aradan qaldırılması üçün Azərbaycanın Gömrük Komitəsinin işinin tənzimlənməsi ilə bağlı iş görmək lazımdır: “Mən özüm yaxınlarda oradan keçmişəm. Dəfələrlə Gürcüstana gedib-gəlmişəm. Xüsusilə Azərbaycan ərazisində Gömrük sərhəd məntəqəsində daha sıx yoxlamalar, inzibati tədbirlər olduğu üçün vətəndaşlar buraxılış məntəqəsindən gec keçirr və nəticədə tıxac yaranır”.

Cəlilabaddakı tıxacın isə yeni olmadığını deyən Ş.Camalov bildirdi ki, Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində həftənin 5-6 günü uzunmüddətli tıxaclar yaranır: “Hesab edirəm ki, bu tıxac həmin yolun üzərində ticarət mərkəzinin yerləşməsi ilə bağlıdır. Çünki ticarət mərkəzləçrinin giriş-çıxışı birbaşa Ələt-Astara magistralına olduğu üçün bu problem yaranır. Ticarət mərkəzinin digər tərəflərdən də giriş-çıxışı var. Amma həmin tərəflərdə yollar bərbad olduğu üçün insanlar birbaşa magistral yoldan istifadə edirlər. Bu da nəticədə böyük tıxacların yaranmasına gətirib çıxarır. Buna aidiyyatı qurumlar nəzarət etməlidirlər. Magistral yolun bu qədər tıxaclı olması yaxşı hal deyil. Ticarət mərkəzinin giriş və çıxışını magistral yola yox şəhərin digər mərkəzi hissəsinə tərəf yönəltmək olar”.

Ş.Camalov onu da bildirdi ki, magistral yollarda tıxacların olması qəzaların sayını artırır: “İnsanlar uzunmüddətli tıxaclarda çox yorulurlar. Qısa vaxtda gediləsi yolu saatlarla tıxacda qalmaqla qət edirlər. Bu inanlara psixoloji olaraq təsir edir. Bundan sonra insanlar avtomobilləri tələsik və sürətlə idarə edirlər. Bu da yol qəzalarına şərait yaradır. Statistikaya baxsaq görərik ki, cənub zonasında ölümlə nəticələnən qəzaların sayı daha çoxdur. Düşünürəm ki, tıxaclar bu qəzalara təsir edən amillərdəndir”. Ucnoqta.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh