Ordumuz yeni növ pilotsuz uçan aparatlar ilə təmin ediləcək - FOTO

Yeniliklər 27 Sentyabr 2016 19:08 Oxunub 1093
Ordumuz yeni növ pilotsuz uçan aparatlar ilə təmin ediləcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Silahlı Qüvvələr yerli istehsal olan yeni növ pilotsuz uçan aparatlar ilə təmin ediləcək

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Müdafiə Sənayesi naziri cənab Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçan aparatlar ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.

Avtosfer.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, sənədə əsasən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçan aparatlar yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh