Sürücülərə vacib xəbər - Antiradar və 800 manat cərimə - VİDEO

Avtoxəbər 27 Sentyabr 2016 23:42 Oxunub 11708
Sürücülərə vacib xəbər - Antiradar və 800 manat cərimə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP antiradar və radar detektorlarından istifadəyə görə 800 manat cərimə ediləcəyini deyir

Biri radara sürəti ölçməyə mane olur, digəri isə yolda radar olub-olmadığını göstərir. Söhbət antiradar və radar detektorlarından gedir. Hər iki cihaz qanunla qadağan olunub. Antiradar və radar detektorlarından istifadə edən sürücüləri isə yüksək məbləğdə cərimə gözləyir.

Baş Dövlət Yol Polisi İdarəsinin höbə rəisi Kamran Əliyevin sözlərinə görə, antiradarlar radarların işinə mane olduğuna görə qadağan edilib. Radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Çünki sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh