Bakı metrosunun genişləndirilməsində iştirak etməyə hazırdır - Fransa şirkəti

Gündəm 28 Sentyabr 2016 11:09 Oxunub 1105
Bakı metrosunun genişləndirilməsində iştirak etməyə hazırdır - Fransa şirkəti
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Biz böyük məmnuiyyətlə bu tenderlərdə iştirak etmək niyyətindəyik"

Fransanın "Alstom" şirkəti Bakı Metropoliteni tərəfindən vaqon tədarükü ilə bağlı tender keçiriləcəyi təqdirdə həmin tenderdə iştirak etmək niyyətindədir.

Avtosfer.az xəbər verir ki, bunu trend-ə Berlində keçirilən "InnoTrans 2016" sərgisində "Alstom" şirkətinin Yaxın Şərq regionu və Afrika üzrə baş vitse-prezidenti Canluka Erbaççi deyib. Onun sözlərinə görə, Azərbaycan bazarı "Alstom" şirkəti üçün böyük maraq kəsb edir.

C.Erbaççi əlavə edib: "Ötən il biz Bakı Metropoliteni üçün 3 qatar vermişik və yaxşı rəylər alımışıq. Bakı metro şəbəkəsinin genişlənməsini nəzərə alsaq, deməli qatarlara da tələbat artacaq. O halda tender keçirilərsə, biz böyük məmnuiyyətlə bu tenderlərdə iştirak etmək niyyətindəyik".

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir, 25 metro stansiyası var. Bakı Metropoliteninin xətti 36,7 km təşkil edir. Üç hərəkət xətti var. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh