Bu sürücü maşını ancaq qoşa xəttin üstü ilə sürür – Bakıda- VİDEO

Qaydalar 28 Sentyabr 2016 12:17 Oxunub 8677
Bu sürücü maşını ancaq qoşa xəttin üstü ilə sürür – Bakıda- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü avtomobili yolun əks istiqamətinə çıxarıb və xeyli məsafə qət edib

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir sürücü Avtosfer.az-ın "Bizim radar" rubrikasının "qonağı"dır. Oxuculardan birinin göndərdiyi videodan aydın olur ki, "Mercedes" markalı, 90-AB-019 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şövkət Məmmədova küçəsində yol hərəkəti qaydalarını pozuğ. Sürücü qoşa xəttin tələbini pozaraq avtomobili yolun əks istiqamətinə çıxarıb və nəqliyyat axınına qarşı hərəkət edib. O, digər nəqliyyat vasitələrini ötməyə çalışarkən xeyli məsafəni əks yolla qət edib.

Qayda pozuntusu sentyabrın 25-də, saat 17.09 radələrində qeydə alınıb.

Qeyd edək ki, bu əməlinə görə sürücünü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat, 4 cərimə balı gözləyir.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh