Bu günün hava proqnozu - şimşək çaxacaq, yağış yağacaq

Gündəm 29 Sentyabr 2016 00:40 Oxunub 1137
Bu günün hava proqnozu - şimşək çaxacaq, yağış yağacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ETSN məlumat yaydı

Bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq, gündüz yağışda fasilə olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-aa verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17° isti, gündüz 18-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 29-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılarda qısamüddətə fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir. 

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh