Qanunsuz yolla tütün məmulatının gətirilməsinin qarşısı alınıb - 16 min ədəd

Gündəm 28 Sentyabr 2016 15:29 Oxunub 1022
Qanunsuz yolla tütün məmulatının gətirilməsinin qarşısı alınıb - 16 min ədəd
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. 

Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, həmin şəxs hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı, Azərbaycanın aksiz markası ilə markalanmayan 16 min ədəd “Gold Marlboro EDGE” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh