Ailə yol qəzasına düşdü: 2 yaralı – VİDEO

Qəzalar 28 Sentyabr 2016 15:33 Oxunub 1151
Ailə yol qəzasına düşdü: 2 yaralı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəkidə səhər saat 10 radələrində yol qəzası baş verib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, Qəza Şəki-Qax yolunun Qarabulaq adlanan ərazisində meydana gəlib.

Qax istiqamətində hərəkətdə olan Balakən rayon Mahmalar kənd sakini, 35 yaşlı İsmayıl Quliyevin idarə etdiyi 67 BK 057 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobil yoldan çıxıb. Hadisəyə səbəb sürüşkən yol və yağışlı hava şəraiti olub. Qəza nəticəsində xəsarət alan sürücü Balakən rayonunun Mahmalar kənd sakini İsmayıl Quliyev və həyat yoldaşı Kəmalə Muradova Şəki MRX-ya çatdırılıb. Xəstəxanada onlara ilkin yardım göstərilib və ambulator müalicəyə alınıblar. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh