Pilotsuz təyyarəsi 13 nəfəri öldürdü, 14 nəfəri yaraladı

Qəzalar 28 Sentyabr 2016 15:44 Oxunub 992
Pilotsuz təyyarəsi 13 nəfəri öldürdü, 14 nəfəri yaraladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əfqanıstanda

ABŞ-a məxsus pilotsuz təyyarənin Əfqanıstanın şərqindəki Nanqarxar vilayətinə aviazərbə endirməsi nəticəsində azı 13 nəfər dinc sakin həlak olub, daha 14 nəfər isə xəsarət alıb.

Bu barədə Pajhwok agentliyi yerli hökumət orqanlarına istinadla məlumat yayıb.

Avtosfer.az azərtac-a istinadən bildirir ki, yerli administrasıya nümayəndə Ataulla Xoqiani aviazərbənin endirildiyini təsdiqləyib. Lakin qurbanlar haqda heç bir məlumat verməyib.

Əfqanıstanda olan Amerika hərbi güvvələrinin briqada generalı Çarlz Klivlend əməliyyatın Açin rayonundakı terrorçulara qarşı yönəldiyini bildirib. O, həmçinin yerli sakinlər arasında tələfat barədə məlumatın araşdırılacağını deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh