Sərnişin təyyarəsi Rusiya raketi ilə vurulub — Beynəlxalq ekspert qrupu

Gündəm 28 Sentyabr 2016 15:46 Oxunub 983
Sərnişin təyyarəsi Rusiya raketi ilə vurulub — Beynəlxalq ekspert qrupu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rusiya tərəfi isə öz növbəsində bu ittihamları rədd edir

2014-cü ildə Donbas üzərində vurulmuş Malayziya hava yollarına aid Boeing 777 sərnişin təyyarəsinin qalıqlarını araşdıran beynəlxalq ekspert qrupu öz işini yekunlaşdırıb.

Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, ekspert qrupunun hazırladığı yekun sənəddə sərnişin təyyarəsinin "Buk" zenit-raket kompleksi tərəfindən vurulduğu bildirilir.

Raketin Pervomaysk kəndi yaxınlığından buraxıldığı müəyyən edilib. Raketin qalıqlarının ekspertizası isə onun Rusiyadan gətirildiyini göstərir. Ekspert qrupu yekun sənəddə sərnişin təyyarəsinin vurulmasına görə məsuliyyətin məhz Rusiyanın üzərinə düşdüyünü qeyd edib.

Rusiya tərəfi isə öz növbəsində bu ittihamları rədd edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh