Şəkidə yeni avtomobil yolu tikilir – FOTO+VİDEO

Yeniliklər 28 Sentyabr 2016 15:54 Oxunub 1281
Şəkidə yeni avtomobil yolu tikilir – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ASC məlumat yaydı

Şəki rayonunun Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən işlər davam etdirilir. Sözügedən avtomobil yolunun uzunluğu 17,2 km-dir. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, yol torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanıb. Hazırda bu problemin aradan qaldırılması istiqamətində texnoloji ardıcıllığa riayət olunmaqla işlər aparılır. Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 11,1 km-i  3-cü, 2,1 km-i  4-cü və 4 km-i isə 5-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun III texniki dərəcəyə aid olan 11,1 km-nin gediş-gəliş hissəsi 7 m, çiyinlər bərkidici zolaq da daxil olmaqla hər bir istiqamət üzrə 2,5 m,  IV dərəcəli 2,1 km-nin gediş-gəliş hissəsinin eni 6 m , çiyinləri 2 m, V dərəcəyə aid 4 km-nin gediş-gəliş hissəsinin eni 4,5 m, çiyinləri isə 1,75 m təşkil edir. Müvafiq olaraq yol yatağının eni 12, 10 və 8 metrdir.

Artıq yolun 10,5 km hissəsinə asfalt-beton örtük döşənib, su ötürücü dəmir-beton və metal borular quraşdırılıb və 140 paqon-metr uzunluğunda beton su arxı salınıb. Hazırda yolun 6,7 km hissəsində tikinti işləri davam etdirilir.

Yol boyu 4 yerdə diametri 1 və 1,25 m olan 12 metrlik dəmir-beton borulardan istifadə edilərək quraşdırılıb. Ümumi uzunluğu 96 metr, diametri isə 0,50 metr olan metal borular isə yolda əsasən kommunikasiya xətlərini keçirmək və kiçik su axarlarını buraxmaq üçün qoyulub. Onların ümumi uzunluğu 384 m-dir.

Layihə çərçivəsində yolun 11,1 km-də hər aşırımın uzunluğu 48 m olan 3 aşırımlı körpü inşa edilib. Körpünün uzunluğu 169 m, eni 4,5 m, gediş-gəliş hissəsinin eni 3,5 m-dir. Körpünün kənar və orta dayaqları asfalt-betonla bərkidilib, aşırımlar isə metal konstruksiyadan ibarətdir.

Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun 14,5 km hissəsində 3 ədəd düzbucaqlı dəmir-beton suötürücüsünün inşa edilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi 18 mindən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh