Siyəzəndə maşın aşıb, ana və 2 övladı xəsarət alıb

Qəzalar 28 Sentyabr 2016 15:55 Oxunub 1149
Siyəzəndə maşın aşıb, ana və 2 övladı xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırmalar aparılır

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonunun Beşdam kəndi ərazisində qeydə alınıb. “Kia” markalı maşının aşması nəticəsində 3 nəfər xəsarət alıb. Həmin şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar 1965-ci il təvəllüdlü Tağıyeva İlahə Abdulla qızı, onun övladları 1994-cü il təvəllüdlü Atamoğlanov Rzaxan Nadir oğlu və  1992-ci il təvəllüdlü Orxandır. Hər üç şəxsə qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh