Azərbaycan daha bir yeni zirehli avtomobil istehsal edir - FOTO

Yeniliklər 28 Sentyabr 2016 16:06 Oxunub 1933
Azərbaycan daha bir yeni zirehli avtomobil istehsal edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Döyüş maşını tank əleyhinə mina partlayışına davamlıdır

Azərbaycan şirkəti daha bir yeni zirehli avtomobil istehsal edəcək. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, döyüş maşını tam zirehli avtomobildir. Şəxsi heyətin daşınması üçün nəzərdə tutulsa da, avtomobildə müxtəlif silahlar da quraşdırmaq mümkündür. Maşının çəkisi 17 tondur.

Döyüş maşını tank əleyhinə mina partlayışına davamlıdır. 20 kilometr məsafədə hərəkəti tutur və müəyyən edir. Zirehli avtomobil iki modeldə istehsal ediləcək. Avtomobil üzərində quraşdırılan pulemyot hədəfi müəyyənləşdirərək 2000 metrdə nişan alıb avtomatik atəş açmaq qabiliyyətinə malikdir.

 

Hər iki döyüş maşınının istehsalçısı olan AZCAN Azərbaycan-Kanada birgə müəssisəsidir. Şirkət 2016-cı ilin sonundan Azərbaycanda fəaliyyətə başlayacaq.

http://img.milli.az/2016/09/28/474147_02.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh