Bu sənətə yalnız kişilər yiyələnir, ancaq istisnalar var - VİDEO

Maraqlı 28 Sentyabr 2016 23:56 Oxunub 1434
Bu sənətə yalnız kişilər yiyələnir, ancaq istisnalar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaynaqçı və rəngsaz qadın gördüyü işlərə görə kişilərdən heç də geri qalmır

Bu sənətə yalnız kişilər yiyələnir, ancaq istisnalar var. Qaynaqçı və rəngsaz qadın gördüyü işlərə görə kişilərdən heç də geri qalmır. Adətən kişilərin çalışdığı bu ağır sahədə qadınların işlədiyini görəndə hamı təəccüblənir. Ağdaşda yaşayan Yeganə Mustafayeva seçdiyi sənəti ilə insanların böyük marağına səbəb olan qadınlardandır. Seçdiyi sənətin peşəkarı olan qadın bütün qaynaq işlərini görə bilir. Qaynaqçı qadın, bir neçə ildir rəngsaz kimi də çalışaraq ailəsini dolandırır. Günün əsas hissəsini bu qaynaqçı sexində keçirən Yeganə Mustafayeva gördüyü işdən heç də yorulmur. Xanım usta qaynaqçılıq sənətinin sirlərini Ağdaşda 30 ildən çoxdur ki, usta işləyən Çingiz Baxışovdan öyrənib.

Əvvəllər yüngül işləri görən qadın indi daha çətin işlərin öhdəsindən gəlir. Müştərilər də ondan narazı olmur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh