DYP-dən çökən yolla bağlı açıqlama

Gündəm 21 Aprel 2014 00:00 Oxunub 1800
DYP-dən çökən yolla bağlı açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə alternativ yol kimi Boru keçidi ilə Süleyman Əhmədov küçəsinə, oradan da Babək prospekti ilə hərəkət etmələri tövsiyə edilir

Bakının Nobel prospektində baş verən çökmə ilə əlaqədar yolda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bu gün Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun çıxış hissəsinə yaxın ərazidə, paytaxtın Zığ qəsəbəsində şəhər istiqamətindəki yolun tam ortasında baş vermiş çökmə ilə əlaqədar həmin yol üzrə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: "Hazırda Nobel prospektinin Boru keçidi küçəsi ilə kəsişməsindəki işıqforla tənzimlənən yolayrıcından şəhər istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərə alternativ yol kimi Boru keçidi ilə Süleyman Əhmədov küçəsinə, oradan da Babək prospekti ilə hərəkət etmələri tövsiyə edilir".

 

 

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nobel prospekti, 67 ünvanında, şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən kanalizasiya kollektorundakı sızma nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh