Bu yolda qoşa xətti keçib qəza şəraiti yaradırlar - VİDEO

Xəbərlər 30 Avqust 2014 03:13 Oxunub 2339
Bu yolda qoşa xətti keçib qəza şəraiti yaradırlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«VAZ» və «Toyota» markalı avtomobillərin videosunu digər sürücü yayıb

Bu videonu Avtosfer.az saytına adının çəkilməsini istəməyən bir sürücü göndərib. O, öz avtomobilindəki videoqeydiyyat cihazı vasitəsilə çəkdiyi maraqlı görüntüləri saytımıza göndərir və bu cür kobud qayda pozuntusuna yol verib qəza şəraiti yaradan sürücülərin həm yol polisi tərəfindən aşkar edilib cəzalandırılmasını, həm də ictimai qınağa cəlb olunmasını istəyir. Kadrlardan da görünür ki, əvvəlcə ağ rəngli «VAZ-2104» markalı avtomobil qoşa xəttin tələbini pozaraq yolun sal hərəkət hissəsinə çıxır və yüksək sürətlə hərəkət edərək digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradır. Onun ardınca sola dönməyə çalışan «Toyota-Lande Gruiser» markalı, 10 FG 808 dövlət nömnə nişanlı avtomobil də qəfil tormozlama edir və dönmə zamanı təhlükəli vəziyyət yaradır. Avtosfer.az saytı belə kobudluq edən sürücülərin ictimai qınağa cəlb olunmasını dəstəkləyir və videogörüntünü təqdim edir.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh