Birazdan Azərbaycana Hindistan maşınları gətiriləcək

Avtobazar 30 Sentyabr 2016 11:03 Oxunub 4660
Birazdan Azərbaycana Hindistan maşınları gətiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hindistan dünyada maşın istehsalçıları sırasında ilk beşlikdə yer alıb 

Hindistin avtomobil istehsalında irəliləyib. Avtosfer.az-ın məlumatına görə, Hindistanın indi tutduğu yerdə daha əvvəl Cənubi Koreya mövqe alırdı. Koreyada 2016-cı ilin ilk 7 ayında 2,55 milyon avtomobil istehsal edilmişdisə, Hindistanda bu rəqəm 2,57 milyon olub. Avqustda Cənubi Koreya maşın istehsalçıları 217 min avtomobil hazırlayıbsa, Hindistanda 387,7 maşın istehsal olunub. 

Bildirək ki, Cənubi Koreya 2002-ci ildə maşın istehsalçıları sırasında tutduğu 3-cü yeri itirmişdi, amma 3 il sonra geri qaytara bilmişdi. İndi isə beşlikdəki yerini Hindistana verib.  

Məlumatda deyilir ki, bu ilin 7 ayı ərzində Rusiyada 611 min minik avtomobil istehsal olunub, bu da 18 faiz az göstəricidir. Ötən il maşın istehsalçıları sırasında 15-ci yer tutan Rusiyada bu ilin yanvar-iyul aylarında yük maşınlarının istehsalı ötən illə müqayisədə 6, 2 faiz artaraq 70, 4 min avtomobil sayına çatıb.

Qeyd edək ki, Azərbaycan Avro 4 standartına keçəndən sonra artıq ölkəyə gətirilən avtomobillərin arasında ucuz və təhlükəsizlik baxımından o qədər də yüksək göstəriciləri olmayan nəqliyyat vasitələri çoxluq təşkil edir. Bu sırada hələ ki, Rusiya və Çin avtomobilləri geniş yer tutur. Lakin çox güman ki, bir müddət sonra Hindistan istehsalı olan avtomobillər də Azərbayacan bazarına daxil olacaq.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh