Bakıda keçirilən Formula 1 Qran Prisinin adı dəyişdirilib

Yarışma 30 Sentyabr 2016 11:37 Oxunub 1487
Bakıda keçirilən Formula 1 Qran Prisinin adı dəyişdirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlə Avstraliya Qran Prisi ilə start veriləcək

Bakıda təşkil olunan Formula 1 üzrə Avropa Qran Prisi 2017-ci ildən Azərbaycan Qran Prisi adlandırılacaq.  Avtosfer.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil İdmanı Federasiyasının açıqladığı təqvimdə bildirilir. Həmin təqvimə əsasən, Azərbaycan Qran Prisi gələn il iyunun 18-də keçiriləcək.

21-ci dəfə baş tutacaq yarış Avstraliya Qran-prisi ilə başlayacaq. Pilotlar mövsümə martın 26-da Melburnda start verəcək. İlin son yürüşü isə Abu Dabidə olacaq. Həmin Qran-pri noyabrın 26-da keçiriləcək.

2017-ci ildə keçiriləcək Qran prilər:

26 mart. Melburn (Avstraliya)

9 aprel. Şanxay (Çin)

16  aprel. Bəhreyn (Bəhreyn)

30. aprel. Soçi (Rusiya)

14 may. Barselona (İspaniya)

28 may. Monte Karlo (Monako)

11 iyun. Monreal (Kanada)

18 iyun. Bakı (AZƏRBAYCAN)

2 iyul. Şpilberq (Avstriya)

9 iyul. Silverstoun (Böyük Britaniya)

23 iyul. Budapeşt (Macarıstan)

30 iyul. Hokkenhaym (Almaniya)

27 avqust. Spa-Frankorşamps (Belçika)

3 sentyabr. Montsa (İtaliya)

17 sentyabr. Sepanq (Malayziya)

1 oktyabr. Sinqapur (Sinqapur)

8 oktyabr. Suzuka (Yaponiya)

22 oktyabr. Ostin (ABŞ)

5 noyabr. Mexiko (Meksika)

12 noyabr. San Paulu (Braziliya)

26 noyabr. Abu Dabi (ABŞ)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh